Modern.az

Paşinyanın Moskva görüşündən gözləntiləri var

Paşinyanın Moskva görüşündən gözləntiləri var

25 İyul 2023, 14:00

Ermənistanın Baş naziri Nikol Paşinyan XİN başçılarının Moskva görüşündən irəliləyiş gözlədiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında danışıb.

 

Baş nazir Moskva görüşündə sülh sazişinin daha bir neçə bəndinin razılaşdırılacağına ümid edir.

 

Qeyd edək ki, bu gün Rusiya paytaxtında XİN başçıları Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli baş tutacaq. Görüş zamanı “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi müzakirə ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı