Modern.az

Bu xəstəliyi olanlara müddətsiz əlillik təyin ediləcək

Bu xəstəliyi olanlara müddətsiz əlillik təyin ediləcək

Ölkə

26 İyul 2023, 17:46

Ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər orqanizmin funksiyalarının 80 faizinin pozulması kimi qiymətləndiriləcək və müddətsiz əlillik təyin ediləcək.

 

Modern.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilən yeni yarımbəndlərdə əksini tapıb.

 

Əlilliyin müəyyən olunması meyarlarına ürəklə əlaqədar yeni əlavə edilən xəstəliklər aşağıdakılardır:

 

- ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda -orqanizm funksiyasının 50 % pozulması kimi qiymətləndirilərək müddətsiz əllik təyin ediləcək;

 

-miokardda yad cismin olması -orqanizmin funksiyalarının 80 faizinin pozulması kimi qiymətləndiriləcək və müddətsiz əlillik təyin ediləcək;

 

-18 yaşınadək şəxslərdə XÜÇ I mərhələ və ya cüzi hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar- orqanizm funksiyasının 50 % pozulması kimi qiymətləndirilərək 2 illik əlillik təyin ediləcək;

 

-18 yaşınadək şəxslərdə XÜÇ II mərhələ və ya nəzərəçarpan hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar- orqanizm funksiyasının 70 % pozulması kimi qiymətləndirilərək 2 illik əlillik təyin ediləcək;

 

-18 yaşınadək şəxslərdə XÜÇ III mərhələ və ya əhəmiyyətli dərəcədə nəzərəçarpan hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar-orqanizm funksiyasının 90% pozulması kimi qiymətləndirilərək 2 illik əlillik təyin ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım