Modern.az

Bakıdan Paşinyanın paylaşımına daha bir REAKSİYA

Bakıdan Paşinyanın paylaşımına daha bir REAKSİYA

26 İyul 2023, 23:53

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağa göndərilən yükün guya “həyati əhəmiyyət kəsb edən ərzaq malları” olmasına dair tvitinə cavab verib.

 

Modern.az xəbər verir ki, XİN sözçüsü bu barədə tviter paylaşım edib.

 

“Bu, təmiz təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır. Azərbaycanın suveren ərazilərinə “humanitar yardım” adı altında və Azərbaycanın razılığı olmadan avtomobil karvanlarının göndərilməsi onun ərazi bütövlüyünə və suverenliyinə qəsddir”, - o yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım