Modern.az

Özəl pensiya fondunun yaradılmasına hazırlıq gedir

Özəl pensiya fondunun yaradılmasına hazırlıq gedir

27 İyul 2023, 12:00

Özəl pensiya fondunun yaradılması üçün normativ hüquq sənədlərin hazırlanması istiqamətində işlər görülür.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin 1-ci yarımilliyinin hesabatına dair bu gün keçirilən mətbuat konfransında bildirib.

 

“Özəl pensiya fonduna investisiyalar uzun müddətli hesab olunur. Fondun yaradılması istiqamətində hazırlanan qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində və aidiyyəti qurumlarla razılaşdırma prosesini aparırıq. Bu prosesin yekununda müvafiq layihələr Milli Məclisə təqdim olunacaq”, - H.Məmişov qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım