Modern.az

Qərbin Laçın yolu ilə bağlı mövqeyi əsassızdır - Fransalı siyasətçidən etiraz 

Qərbin Laçın yolu ilə bağlı mövqeyi əsassızdır - Fransalı siyasətçidən etiraz 

28 İyul 2023, 13:20

Ermənistan bir neçə gün əvvəl Bakıdan icazəsiz Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməyə başlayıb. Razılaşdırılmayan “humanitar yük”lər Laçın sərhəd məntəqəsindən buraxılmayıb və bir neçə gündür ki, sərhədin Ermənistan tərəfində saxlanılır.

 

Ermənistan tərəfi nəqliyyat vasitələrini sərhədlərimizə cəmləməklə siyasi manipulyasiyaya cəhd edir və bununla Laçın istiqamətində vəziyyəti gərginləşdirməyə çalışır. İrəvanın hazırladığı TIR şousuna dəstək verən Qərb dairələri, xüsusilə Avropa İttifaqı və Fransanın mövqeyi rəsmi Bakının haqlı etirazına səbəb olub. Azərbaycan XİN Qərbdən gələn yersiz ittihamlara tutarlı faktlarla cavab verərək, Fransanın Azərbaycanın Laçın yolunu blokadada saxladığı barədə iddiasını rədd edib. 

 

"Fransa tərəfinin yanlışlıqla Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsi təsis etməsini öhdəliklərə zidd olaraq qiymətləndirməsi qəbuledilməzdir. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad edən Fransa tərəfi unudub ki, məhkəmə məhz 6 iyul tarixi qərarı ilə Laçın sərhəd buraxılış məntəqəsinin tam legitim olduğunu təsdiq edib, bu məntəqəni aradan qaldırmaq və sərhədçiləri geri çəkmək barədə Ermənistanın müraciətləri yekdilliklə rədd olunub", - XİN-in açıqlamasında deyilir.

 

Rəsmi Parisin Ermənistanın siyasi manipulyasiyasına haqq qazandırması Fransada müstəqil siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb. Avropa ölkəsinin erməni yalanlarına alət olması bir çox siyasətçilərin ciddi narazılığına səbəb olub. Onlardan biri Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının keçmiş üzvü Jerom Lambertdir.

 

 

Modern.az-a açıqlama verən Jerom Lambert Fransa hakimiyyətinin qərəzli bəyanatlarına münasibət bildirib. Tanınmış siyasətçi diqqətə çatdırıb ki, Laçın dəhlizindəki son vəziyyətlə bağlı beynəlxalq ictimaiyyət düzgün məlumatlandırılmır:

 

“Fransa Xarici İşlər Nazirliyi bu haqda bəyanat yayıb. Amma demək istəyirəm ki, XİN-in Azərbaycanla bağlı bəyanatı əsassızdır. Eyni zamanda, xatırlatmaq istərdim ki, Avropa İttifaqının missiyası sülhü təmin etməkdir, vəziyyəti gərginləşdirmək deyil".

 

Jerom Lambertd qeyd edib ki, Fransa və Avropa İttifaqı Azərbaycana qarşı çıxmaqla, habelə, birtərəfli mövqe sərgiləməklə səhv addım atır.

 

"Azərbaycan tərəfi dəhliz vasitəsi ilə silah, əsgər və müəyyən materiallarin gedişinə icazə verməyib. Bu da suverən ölkənin tam hüququdur. Azərbaycanın dövriyyədə olan materiallara nəzarət etmək hüququ var. Eyni zamanda uyğun olmayan hərəkətlərə mane olmaq hüququ tanınmalıdır. Ona görə də Fransa XİN və Avropa İttifaqının sərgilədiyi mövqe tamamilə əsasızdır”, - Lembert əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım