Modern.az

Nazirlikdən 3 zabitin işdən çıxarılması xəbərinə REAKSİYA

Nazirlikdən 3 zabitin işdən çıxarılması xəbərinə REAKSİYA

28 İyul 2023, 18:30

Müdafiə Nazirliyi bəzi media subyektlərində yayılan məlumatlara aydınlıq gətirib.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, bəzi media subyektləri tərəfindən guya yüksək rütbəli 3 nəfər hərbi qulluqçunun vəzifədən azad edilməsi barədə əsassız məlumatlar paylaşılır.

 

"Bildiririk ki, ictimailəşdirilməsi məqsədəuyğun hesab edilən məlumatlar Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq çatdırılır.

 

Media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə heç bir real əsası olmayan, rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağı tövsiyə edirik", - Nazirlkdən deyiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım