Modern.az

Bələdiyyə sədrləri cərimələndi

Bələdiyyə sədrləri cərimələndi

Ölkə

29 İyul 2023, 16:13

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Samux rayonunun Seyidlər kəndi ərazisində, Lənkəran rayonunun Balıqçılar qəsəbəsində, Göygöl rayonunun Toğanalı kəndində fəaliyyət göstərən “101” ictimai iaşə obyektində, Xəzər dənizinin Lənkəran rayonu Nərimanabad qəsəbəsi sahilində fəaliyyət göstərən iaşə obyektlərində və Ağdam rayonunun Xındırıstan kəndindəki “Oba” marketdə formalaşan tullantıların qalaqlanması və ya yandırılması faktları müəyyən edilib.

 

Bu barədə Modern.az-a ETSN-dən məlumat verilib.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı Samux rayonu Seyidlər bələdiyyəsinin sədri Nailə Əsədova, Lənkəran rayonu Balıqçılar qəsəbə bələdiyyəsinin sədri Tofiq Bədəlov, “101” ictimai iaşə obyektinin sahibi Vidadi Məmmədov, Lənkəran rayonundakı iaşə obyektlərinin icarədarları Samiq Abuşov, Elşad Əhmədov, Rakif Fəttayev və “Oba” marketin nümayəndəsi Təhminə Vəlizadə barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi