Modern.az

İrəvan hərbi cinayətlərə haqq qazandırır - Prezidentin köməkçisi 

İrəvan hərbi cinayətlərə haqq qazandırır - Prezidentin köməkçisi 

29 İyul 2023, 19:13

“25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçatryanın saxlanmasına Ermənistanın rəsmi, ictimai/media qurumlarının “etirazı” dövlət səviyyəsində hərbi cinayətlərə dəstək və haqq qazandırmaqdan başqa bir şey deyil”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə bildirib.

 

“O, insan qaçaqmalçılığı üçün BQXK-nin tibbi evakuasiyasından istifadə etməyə çalışıb”, - Prezidentin köməkçisi əlavə edib

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım