Bu günə yağış gözlənilir

Bu günə yağış gözlənilir

30 İyul 2023, 09:26

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

 

Mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti olacaq.

 

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

Mülayim şimal-şərq küləyi əsəcək.

 

Dəniz suyunun temperaturu:

 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

 

Əksər rayonlarda əsasən yağmursuz. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman. Arabir güclənən şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır