Modern.az

FHN-dən “Megafun” əyləncə mərkəzində TƏLİM

FHN-dən “Megafun” əyləncə mərkəzində TƏLİM

30 İyul 2023, 16:15

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Xətai rayonu, 8 Noyabr prospekti, 15 ünvanında yerləşən “Megafun” əyləncə mərkəzində “Baş vermiş yanğın hadisələrinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda 30 iyul 2023-cü il, saat 16:00 radələrində yanğın-taktiki təlim keçirəcək.

 

Fövqəladə Hallar Nazirliyindən "Modern.az"a verilən xəbərə görə, təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım