Modern.az

Prezidentin köməkçisi Ər-Riyadda görüş keçirdi

Prezidentin köməkçisi Ər-Riyadda görüş keçirdi

Ölkə

31 İyul 2023, 13:42

Ər-Riyadda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin müavini Valid bin Əbdül Kərim Əl-Xereyci ilə görüşü olub.

 

Modern.az xəbər verir ki, görüş əsnasında iki dost ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev də iştirak edib.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım