Modern.az

Parklanma ilə bağlı mobil tətbiq hazırlandı

Parklanma ilə bağlı mobil tətbiq hazırlandı

1 Avqust 2023, 10:26

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklanmanın idarə edilməsi üçün hazırladığı mobil tətbiqin ("AzParking") təqdimatı keçirilib.

 

Modern.az xəbər verir ki, yeniliyi AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev təqdim edib.

 

Onun sözlərinə görə, mobil tətbiq avqustun 7-dən istifadəyə veriləcək və onunla sürücülər boş parklanma yerlərini tapa, vaxtlarına qənaət edə biləcəklər.

 

"Parklanma yerlərinin doluluğu ilə bağlı məlumatlar mobil tətbiqdə xəritə üzərində rənglərlə əks etdiriləcək. Əgər doluluq 80 %-dən azdırsa məlumatlar yaşıl rəngdə, 80 %-dən çoxdursa qırmızı rəngdə olacaq", - deyə A.Rzayev əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım