Modern.az

Səfərbərlik Xidmətinin iki generalı İŞDƏN ÇIXARILDI

Səfərbərlik Xidmətinin iki generalı İŞDƏN ÇIXARILDI

Ölkə

1 Avqust 2023, 10:43

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iki generalı vəzifəsindən azad olunub.

 

Modern.az xəbər verir ki, işdən çıxarılan şəxslər Xidmətin Çağırış Baş İdarə rəisi, general-mayor Çingiz Kiçikbəyov və Kadrlar Baş İdarə rəisi, general-mayor Azad Əliyevdir.

 

Hər iki general sərəncama götürülüb.

 

Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, müvafiq sərəncamla Dövlət Xidmətinin 5 Baş İdarəsinin rəisləri tutduqları vəzifədən azad olunub.

 

Qeyd edək ki, ilk məlumatı gununsesi.info yayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım