Modern.az

Xaçaturyanın saxlanılması hüquq normalarına uyğundur - RƏSMİ

Xaçaturyanın saxlanılması hüquq normalarına uyğundur - RƏSMİ

Ölkə

1 Avqust 2023, 11:00

Meşəli hadisələri ilə bağlı saxlanılan Vaqif Xaçaturyanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğundur.

 

Modern.az xəbər verir ki, bunu Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov deyib.

 

Mahir Abbasov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra tarixi və hüquqi baxımından bir sıra hadisələr baş verib. Azərbaycan Respublikasının cinayət mühakimə icraatında vətəndaşlarımıza qarşı sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb olundu və onların barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmləri qəbul edildi”

 

Vaqif Xaçaturyan cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğun olduğunu qeyd edən Mahir Abbasov bu təcrübənin Azərbaycan Respublikasının cinayət mühakimə icraatında mövcud olduğunu vurğulayıb.

 

Həmçinin qeyd olunub ki, qüvvədə olunan cinayət qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə şamil edilmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım