Modern.az

Xaçaturyan haqqında məlumatlar Avropaya təqdim ediləcək

Xaçaturyan haqqında məlumatlar Avropaya təqdim ediləcək

Ölkə

1 Avqust 2023, 17:36

Avqustun 1-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsindən həmin məhkəmə yanında Azərbaycanın səlahiyyətli nümayəndəsinə ünvanlanmış məktubda Ermənistan hökumətinin sorğusu əsasında Vaqif Xaçaturyanın saxlanması şəraiti və sağlamlıq durumu barədə məlumatın təqdim olunması xahiş edilib.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.

 

O qeyd edib ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyadan irəli gələn öhdəliklərinə sadiq qalaraq Avropa Məhkəməsinin xahiş etdiyi məlumatları təqdim edəcək:

 

“Eyni zamanda, Ermənistan hökumətinin açıq mənbələrdə, kütləvi informasiya vasitələrində olan məlumatları “əldə etmək üçün” Avropa Məhkəməsinə müraciət etməsi və belə müraciəti “müvəqqəti təminat tədbiri” kimi təqdim etməsi ən azı təəccüb doğurur. Görünür ki, Ermənistanın acizliyi artıq hüquqi müstəviyə də keçib”, - Ç.Əsgərov bildirib.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım