Modern.az

Azərbaycanda prezident seçkilərinin vaxtı rəsmən elan edildi

Azərbaycanda prezident seçkilərinin vaxtı rəsmən elan edildi

2 Avqust 2013, 14:08

Azərbaycanda hakimiyyətin taleyi 9 oktyabrda həll ediləcək


Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinin vaxtı rəsmən elan edilib. Modern.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sədr Məzahir Pənahov məlumat verib.

MSK sədri bəyan edib ki, prezident seçkiləri 2013-cü ilin oktyabrın 9-da keçiriləcək. 

MSK katibi Mikayıl Rəhimov da bildirib ki, seçkilərin ayın 9-na təyin edilməsi məqsədəuyğundur. Onun sözlərinə görə, 16 oktyabr bayram gününə təsadüf etdiyindən bu addım atılıb.

Ümid partiyasının MSK-da təmsil olunan üzvü Akif Qurbanov isə seçkilərin vaxtının tezləşdirilməsinə etiraz edib. O qeyd edib ki, bu başadüşülən deyil. “Əgər bayrama düşürsə o zaman ayın 17 və ya 18-nə təyin etmək olardı”.

MSK sədri Məzahir Pənahov ona cavab verərkən bildirib ki, bu, mübahisə obyekti deyil".

MSK-nın bugünkü iclasında prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planı təsdiq edilib. Bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Bundan başqa vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması da təsdiq olunub. 2013-cü ilin oktyabrın 9-da keçiriləcək prezident seçkilərində MSK nəzdində işçi qrupunun yaradılması və rəhbərliyin təyin edilməsi müzakirəyə çıxarılaraq təsdiq olunub.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi