Modern.az

İlham Əliyev Qaribaşviliyə başsağlığı verdi

İlham Əliyev Qaribaşviliyə başsağlığı verdi

Ölkə

5 Avqust 2023, 12:10

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

"Hörmətli cənab Baş nazir,

 

Şovi kurort bölgəsində baş vermiş güclü torpaq sürüşməsi nəticəsində insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım