Modern.az

Həftəsonu yol qəzalarında 8 nəfər ölüb

Həftəsonu yol qəzalarında 8 nəfər ölüb

Ölkə

7 Avqust 2023, 10:18

Həftəsonu respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, avqustun 5-6-da ölkə ərazisində qeydə alınan 87, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 38 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım