Modern.az

Putin və Ərdoğan Zəngəzur dəhlizini MÜZAKİRƏ EDƏCƏK

Putin və Ərdoğan Zəngəzur dəhlizini MÜZAKİRƏ EDƏCƏK

Ölkə

7 Avqust 2023, 10:46

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri avqustun son həftəsinə planlaşdırılır.

 

Modern.az xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzeti görüşdə müzakirə ediləcək məsələləri açıqlayıb.

 

Nəşrin məlumatına görə, liderlər arasında əsas müzakirə mövzusu ötən ay başa çatan "Taxıl sazişi" olacaq.

 

Bundan əlavə, Putin və Ərdoğanın görüşündə Zəngəzur dəhlizi də müzakirə ediləcək. Eyni zamanda Türkiyə-Azərbaycan-Ermənistan münasibətləri müzakirə ediləcək mövzulardan biri olacaq.

 

Xatırladaq ki, avqustun 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Türkiyə liderinin mətbuat xidmətinin yaydığı məlumatda Rusiya prezidentinin danışıqlar üçün Türkiyəyə səfər etməsi barədə razılıq əldə edildiyi bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım