Modern.az

Bakı-Tbilisi-Ankara sürət qatarı fəaliyyətə başlaya bilər

Bakı-Tbilisi-Ankara sürət qatarı fəaliyyətə başlaya bilər

7 Avqust 2023, 14:21

“Bakı-Tbilisi-Ankara” marşrutu üzrə sürətli sərnişin qatarının fəaliyyətə başlaması reallaşdırıla bilər.

 

Modern.az xəbər verir ki, bunu APA-ya müsahibəsində ‘’Azərbaycan Dəmir Yolları’’(ADY) Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşıma departamentinin icraçı rəhbəri Azər Fərəcov bildirib.

 

Onun sözlərinə görə, qatar “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli sərnişin vaqonlarından ibarət ola bilər.

 

“Post-pandemiya tədbirlər paketimizin bir hissəsi olaraq, dövlətlərarası quru sərhədlər açıldığı halda “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli sərnişin vaqonlarından ibarət “Bakı-Tbilisi-Ankara” marşrutu üzrə sürətli sərnişin qatarının fəaliyyətə başlaması da reallaşdırıla bilər”, - Azər Fərəcov qeyd edib.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...