Modern.az

İşdən çıxarılan icra başçısı KİMDİR...

İşdən çıxarılan icra başçısı KİMDİR...

9 Avqust 2023, 17:28

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Mahirə Adnayeva Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat olmayıb.

 

Modern.az oxucuların marağını nəzərə alaraq işdən çıxarılan xanım icra başçısının tərcümeyi-halını təqdim edir.

 

Mahirə Adnayeva 2021-ci ildə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

O, daha əvvəl Sədərək rayon İcra Hakimiyyəti başçısının müavini, RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini tutub.

 

Mahirə Adnayeva İkinci Dünya müharibəsi veteranı mərhum Ramazan Adnayevin gəlinidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...