Modern.az

Məsciddən 13 min manat oğurladı - VİDEO

Məsciddən 13 min manat oğurladı - VİDEO

10 Avqust 2023, 14:09

Bakıda məsciddə nəzir qutularından 13 min manat oğurlayan şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, paytaxtın Yasamal rayonunda yerləşən məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Əli Novruzov saxlanılıb.

 

Araşdırmalarla onun oğurladığı ianə qutularının içərisində ümumilikdə 13 min manatdan artıq pul olduğu məlum olub.

 

 

Faktlarla bağlı saxlanılan şəxs barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

 

"Əli Novruzovun qanunsuz əməllərindən zərərçəkənlər Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər", - məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...