Modern.az

Kürdəmirdə avtomobillər toqquşdu - Yaralılar var

Kürdəmirdə avtomobillər toqquşdu - Yaralılar var

Ölkə

13 Avqust 2023, 19:08

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə bu gün gündüz saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

 

"Mercedes" markalı minik maşını ilə yük maşını toqquşub. Nəticədə 2 nəfər müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...