Modern.az

İstilər nə vaxtadək davam edəcək... - Dəqiq tarix

İstilər nə vaxtadək davam edəcək... - Dəqiq tarix

14 Avqust 2023, 09:47

Avqustun 14-ü saat 09:00-a olan faktiki açıqlanıb.

 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

 

Avqustun 13-də ən yüksək temperatur Naxçıvan MR; Culfada 43 dərəcəyədək, Aran rayonları; Hacıqabulda 42 dərəcəyədək, Gəncə-Qazax zonası; Ağstafada 40 dərəcəyədək, dağlıq rayonlarda 33 dərəcəyədək yüksəlmişdir. Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 6.0° yüksək olmuşdur.

 

İsti hava dalğasının təsirinin tədricən azalacağı, ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqustun 17-dək davam edəcəyi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...