Modern.az

Rəsul Quliyev: “Sabir Rüstəmxanlının namizədliyi qəbulolunmazdır” - MÖVQE

Rəsul Quliyev: “Sabir Rüstəmxanlının namizədliyi qəbulolunmazdır” - MÖVQE

Ölkə

6 Avqust 2013, 10:18

Milli Məclisin sabiq sədri Rəsul Quliyev Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının Milli Şuranın prezidentliyə vahid namizədi olması təklifinə əks-reaksiya verib.

R.Quliyev Modern.az-a açıqlamasında Sabir Rüstəmxanlının namizədliyinin qəbulolunmaz olduğunu deyib. Onun sözlərinə görə, Milli Şuranın yeganə namizədi Rüstəm İbrahimbəyovdur.

Eks-spiker hesab edir ki, S.Rüstəmxanlı R.İbrahimbəyovu əvəz edə bilməz:

“Milli Şuranın ikinci namizədi heç vaxt olmayacaq, çünki İbrahimbəyov vahid namizəddir. Kimlərsə öz namizədliyini verə bilər, amma Milli Şuranın iştirakı olmadan”-deyə eks-spiker vurğulayıb.

Qeyd edək ki, VHP-nin Təşkilat məsələləri şöbəsinin müdiri Samir Əsədli mətbuata açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqla bağlı problemi avqustun 15-ə kimi həll edilməsə, Milli Şurada təmsil olunan VHP-çilər Sabir Rüstəmxanlının prezidentliyə vahid namizədliyini irəli sürə bilərlər.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi