Modern.az

İlham Əliyev Sergey Məlikova başsağlığı verdi

İlham Əliyev Sergey Məlikova başsağlığı verdi

15 Avqust 2023, 12:17

Azərbaycan Prezidenti İlham Əliyev Dağıstanın rəhbəri Sergey Məlikova başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bununla bağlı dövlət başçısı Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb.

 

Məktubda deyilir:

 

"Hörmətli Sergey Alimoviç,

 

Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni son dərəcədə kədərləndirdi.

 

Ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyirəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...