Modern.az

Peşəkar dəmiryolçu olmaq istəyən gənclərin NƏZƏRİNƏ!

Peşəkar dəmiryolçu olmaq istəyən gənclərin NƏZƏRİNƏ!

15 Avqust 2023, 15:34

ADY-nin təşəbbüsü ilə Gəncədə ilk dəfə dəmiryolçu ixtisası açılır.

 

Modern.az xəbər verir ki, 2023-2024-cü tədris ilində Gəncədə yerləşən Azərbaycan Texnologiya Universiteti bakalavr və magistr tədris planına dəmir yolu sahəsi ilə bağlı fənləri də əlavə edib.

 

Universitetdə ADY tədris otağı yaradılaraq tələbələrin istifadəsinə veriləcək. Tələbələr Gəncə Dəmiryolu Vağzalı, Gəncə Yeni Lokomotiv Deposunda və stansiyalarda təcrübə proqramlarında iştirak edə biləcəklər.

 

Peşəkar dəmiryolçu olmaq istəyən gəncləri builki tələbə qəbulunda Nəqliyyat mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisaslarını seçməyə dəvət edirik.

 

Dəmiryolçu məzunlar gələcəkdə ADY-nin müxtəlif xidmət sahələrində çalışmaq imkanı əldə edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...