Rusiyanın Azərbaycandakı səfirliyi Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insanların həlak olması ilə bağlı elektron başsağlığı kitabı açıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya səfirliyi X platformasında məlumat yayıb.
“Avqustun 15-də Mahaçqalada onlarla vətəndaşımızın, o cümlədən uşaqların həyatını itirməsinə səbəb olan dəhşətli faciə ilə əlaqədar səfirlik “[email protected]” ünvanında elektron başsağlığı kitabı açıb”, - paylaşımda qeyd edilib.