Modern.az

Cenevrəyə uçuşlar bərpa olunur

Cenevrəyə uçuşlar bərpa olunur

18 Avqust 2023, 17:42

Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Cenevrə-Bakı marşrutu üzrə aviareysləri bərpa edir.

 

Modern.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

 

Bildirilib ki, sentyabrın 30-dan etibarən bu istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

 

Avropanın mərkəzində yerləşən Cenevrə ən məşhur turistik yerlərdən biridir.

 

Aviabiletləri şirkətin www.azal.az saytında bron etmək və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...