Modern.az

Quba-Xınalıq yolunda problem yarandı - Yağışa görə...

Quba-Xınalıq yolunda problem yarandı - Yağışa görə...

19 Avqust 2023, 16:49

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində müşahidə olunan yağışlı hava şəraiti Quba-Xınalıq yolunda problemlər yaradıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, sel suları nəticəsində yola qaya parçaları düşüb.

 

Bəzi hissələrdə yolda hərəkət qısa müddətdə bağlı qalıb. Güclü sel yolun asfalt örtüyünə də ziyan vurub. Hazırda ərazidə Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikası və canlı qüvvəsi cəlb olunub, işlər davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...