"2023/24 akademik ili üçün Böyük Britaniyada təhsil almaq üçün seçilən "Chevening Awards" qalibləri ilə görüşdüm".
Modern.az xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld X platformasındakı səhifəsində yazıb.
"Əminəm ki, bu 6 parlaq və intellektual gənc gələcəkdə Azərbaycanın inkişafına töhfə verməklə yanaşı, Britaniya-Azərbaycan əlaqələrinin də, inkişafına dəstək olacaqlar", - o qeyd edib.