Modern.az

Şamaxıda yanğın - VİDEO

Şamaxıda yanğın - VİDEO

Ölkə

25 Avqust 2023, 17:47

Şamaxıda dağlıq ərazidə yanğın olub.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, FHN-ə Şamaxı rayonu, Kərkənc kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 3 ha sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı