Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Qismət Füzuli oğlu Gözəlov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.