Modern.az

Prezident şeyxin kürəkəninə vəzifə verdi

Prezident şeyxin kürəkəninə vəzifə verdi

12 Avqust 2013, 23:56

Prezident İlham Əliyevin avqustun 12-də imzaladığı sərəncamla Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Ölkə başçısının digər sərəncamı ilə Adış Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Modern.az saytına məlum olub ki, Adış Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadənin kürəkənidir.

A.Məmmədov əvəllər Bakı Dövlət Universitetində müəllim işləyib, sonralar Azərbaycanın İrandakı səfirliyində çalışıb.

A.Qorxmaz

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi