Modern.az

Ukraynadakı səfirliyimiz konsulluq xidmətini təxirə saldı

Ukraynadakı səfirliyimiz konsulluq xidmətini təxirə saldı

Ölkə

4 Sentyabr 2023, 10:28

Azərbaycanın Ukraynadakı səfirliyi hərbi vəziyyətə görə səyyar konsulluq xidmətini təxirə salıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukrayndakı səfirliyinin "X" (tvitter) sosial şəbəkə hesabında qeyd edilib.

 

Bildirilib ki, Ukraynada davam edən hərbi vəziyyətdən irəli gələn təhlükəsizlik risklərin artması ilə əlaqədar 09 sentyabr 2023-cü il tarixə nəzərdə tutulmuş səyyar konsulluq xidmətinin həyata keçirilməsi qeyri-müəyyən tarixədək təxirə salınır.

 

Xatırladaq ki, bir müddət öncə səfirliyin konsulluq şöbəsi sentyabrın 9-da Odessa şəhərində səyyar konsulluq xidmətinin göstərilməsini planlaşdırırdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...