Modern.az

Ordumuz düşmənin Ağdamda təxribatının qarşısını ALDI

Ordumuz düşmənin Ağdamda təxribatının qarşısını ALDI

8 Sentyabr 2023, 07:46

Sentyabrın 8-i saat 00:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

 

Bu barədə Modern.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

 

Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...