Modern.az

Rusiya Ağdam yolu ilə Xankəndiyə yük GÖNDƏRİR - FOTOLAR

Rusiya Ağdam yolu ilə Xankəndiyə yük GÖNDƏRİR - FOTOLAR

9 Sentyabr 2023, 15:30

Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu 1 avtomobili həmin yükün Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da saat 14:30 radələrində Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.
 

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən Modern.az-a verilən məlumata görə, hazırda həmin yük Samur-Bakı, Bakı-Bərdə, Ağdam-Əsgəran istiqamətində hərəkət edir.
 

Yük son təyinat məntəqəsinə çatdırıldıqdan sonra əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...