Modern.az

Separatçı “DQR” dialoqa başlamaq üçün Bakıya müraciət edib – AÇIQLAMA

Separatçı “DQR”  dialoqa başlamaq üçün Bakıya müraciət edib – AÇIQLAMA

15 Avqust 2013, 10:30

Qondarma “Dağlıq Qarabağ Respublikası” Azərbaycanla dialoqa başlamaq üçün hazır olduğunu bəyan edib. Modern.az bildirir ki, bu barədə separatçı rejimin “baş nazirinin müavini” Artur Aqanbekyan rəsmi açıqlama verib.

Separatçı rejim rəsmi Bakını Sərsəng su anbarının və Tərtər rayonun su ehtiyatlarının Azərbaycanla birgə idarə edilməsi üçün danışqlar aparmağa çağırıb.  “Sərsəng su anbarı indi istifadə etdiyimizdən daha çox imkanlara malikdir”-deyən Aqanbekyan sovet dövründə çəkilmiş su kanallarından birgə istifadə etməyi təklif edib.

Separatçı rejimin nümayəndəsi bildirib ki, əgər Bakı bu əməkdaşlıq çağırışına reaksiya verməsə o zaman qonadrma qurum güclü nasos sisteminin yaradılması üçün investisiya imkanlarını axtarmağa məcbur olacaq. O zaman sərhədboyu bütün su ehtiyatları yalnız qondarma qurumun ərazilərini suvaramaq üçün nasosla sorulacaq.

Aqanbekyan qeyd edib ki, ən mühüm su bəndi Tərtər rayonunda yerləşir. Dialoq baş tutarsa həm Azərbaycan tərəfi həm də separatçı rejim sudan birgə istifadə etmək imkanı qazana bilər.

A. Aqanbekyan bu təklifi “xalqları sülhə hazırlamaq” kimi qiymətləndirib.

X. SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi