Modern.az

Azərbaycanda yay turizmi necə keçdi? - Aktivlik var, ancaq...

Azərbaycanda yay turizmi necə keçdi? - Aktivlik var, ancaq...

Ölkə

6 Oktyabr 2023, 16:52

Yay mövsümü artıq başa çatıb. Statistikaya görə, bu ilin yanvar-avqust aylarında Azərbaycana 183 ölkədən 1.3 milyon nəfər gəlib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 % çoxdur.

 

Ekspertlər deyir ki, bu il Azərbaycanda turizm nöqteyi nəzərdən aktiv yay mövsümü olub. Ancaq hələlik pandemiyadan əvvəlki nəticələr əldə edilməyib.

 

Turizm eksperti Ceyhun Aşurov da Modern.az-a açıqlamasında yay mövsümünün fəal keçdiyini bildirib.

 

"Amma bu hələ o demək deyil ki, pandemiyadan əvvəlki göstəricilərə çatmışıq. Dünya ekspertləri də qeyd edirdi ki, bu il stabil şərtlər altında turist səyahətləri təxminən pandemiyadan öncəki səviyyənin 80-90 %-i bərpa edilə bilər. Düşünürəm ki, Azərbaycan da buna daxildir. İlin sonunda biz bu göstəriciləri görə biləcəyik. Turistlərin ölkəyə gəlişində 7 aylıq göstəricilər elan olunanda biz gördük ki, əvvəlki ilin 7 ayı ilə müqayisədə təxminən 30%-dən çox artım var. Düşünürəm bu il yenə də aktiv şəkildə ili başa vuracağıq. Ölkədə olan böyük tədbirlər, yaxud hər hansı festivallar buna qatqı təmin edir, turizm payı yaradır”.

 

Ekspertin sözlərinə görə, bölgələr hər zamankı kimi aktiv turizm bölgələridir.

 

"Paytaxtdan çox da uzaq olmayan Şamaxı, Qəbələ, Şəki daha aktiv ərazilər idi. Təəssüflər olsun ki, bəzi turistlik bölgələrdə mövsüm başlayandan orada təmir işləri də getdi. Bu, bir az turistlərin gediş-gəlişinə narahatlıq törətsə də, yenə də aktiv oldu",

 

 

Ceyhun Aşurov qeyd edib ki, qiymətlərdə ciddi dəyişiklik olmayıb:

 

"Qiymətlər ötən illə müqayisədə, demək olar ki, eynidir, hətta bəzən daha endirimli qiymətlər təklif olunur. Ümumilikdə dünyada turist paketlərinin qiyməti təxminən 50 % qalxıb. Azərbaycanda bu artım aşağıdır. Demək olmaz ki, qiymətlər bahadır. Seçimlərin az olmağı səbəbindən qiymətə uyğun seçim etmək çətindir. Hər il Azərbaycanda yeni hotellər, kənd evləri tikilir, bazara daxil olur. Bu isə müəyyən müsbət təsirlər göstərir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər