Modern.az

Yalnız legitim hərbi hədəflər sıradan çıxarılır! - RƏSMİ

Yalnız legitim hərbi hədəflər sıradan çıxarılır! - RƏSMİ

Ölkə

19 Sentyabr 2023, 13:36

Müdafiə Nazirliyi sentybarın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlandığını elan edib.

 

Modern.az xəbər verir ki, tədbirlərin məqsədi Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.

 

Müdafiə Nazirliyi bəyan edib ki, bu tədbirlər yalnız hərbi hədəflərə yönəlib.

 

“Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”, - Nazirlik bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi