Ermənilər dezinformasiya yayır - Müdafiə Nazirliyi

Ermənilər dezinformasiya yayır - Müdafiə Nazirliyi

Ölkə

19 Sentyabr 2023, 15:10

"Bəzi erməni sosial media resurslarında guya Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır".

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

 

"Bir daha bildiririk ki, bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır", - nazirlikdən qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili: Xankəndidə dinc əhalini separatçı qalıqları girov götürdü