DTX, Baş Prokurorluq, DİN və DSX birgə brifinq keçirdi - VİDEO

DTX, Baş Prokurorluq, DİN və DSX birgə brifinq keçirdi - VİDEO

Ölkə

19 Sentyabr 2023, 17:04

Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə mətbuat konfransı keçirir.

 

Modern.az-ın məlumatına görə, brifinqdə lokal antiterror əməliyyatdları haqqında məlumat verilir.

 

Brifinqdə Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis əvəzi Elşad Hacıyev, Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin rəisi Avtandil Abbasov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov iştirak edir.

 

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili: Xankəndidə dinc əhalini separatçı qalıqları girov götürdü