Modern.az

Gələn ilin büdcəsində COVID-19 pandemiyası aktual olmayacaq

Gələn ilin büdcəsində COVID-19 pandemiyası aktual olmayacaq

21 Sentyabr 2023, 14:22

COVID-19 pandemiyası və ərzaq böhranı istisna olmaqla, sözügedən çağırışlar növbəti 2024-2027-ci illər üzrə büdcə siyasətinin formalaşdırılmasına təsir edən bir sıra çağırışlar sırasında olmayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

 

Sənəddə qeyd edilib ki, 2022-2025 və 2023-2026-cı illər üzrə hazırlanmış büdcə çərçivəsi sənədlərində büdcə siyasətinin formalaşdırılmasına təsir edən bir sıra çağırışlar əks olunub. COVID-19 pandemiyası və ərzaq böhranı istisna olmaqla, sözügedən çağırışlar növbəti 2024-2027-ci illəri əhatə edən ortamüddətli dövrdə də öz aktuallığını qoruyacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dünya bundan danışır: Putinin videosu yayıldı