Modern.az

Kəlbəcərdə fermada sursat anbarı aşkarlandı - FOTOLAR

Kəlbəcərdə fermada sursat anbarı aşkarlandı - FOTOLAR

21 Sentyabr 2023, 19:41

Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, yaşayış məntəqəsi ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub.

 

Qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI