Modern.az

Xankəndiyə 24 ton benzin, 40 ton dizel yola salınıb - Rəsmi

Xankəndiyə 24 ton benzin, 40 ton dizel yola salınıb - Rəsmi

23 Sentyabr 2023, 18:00

Sentyabrın 23-də Bərdə-Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 24 ton benzin, 40 ton dizel yola salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtgü materialları ilə təmin edilməsi xahişinə uyğun olaraq, sentyabrın 23-də Bərdə-Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 24 ton benzin, 40 ton dizel yola salınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dünya bundan danışır: Putinin videosu yayıldı