Modern.az

Əlaqələrimiz dünyada bənzəri olmayan səviyyədədir - Türkiyə Prezidenti

Əlaqələrimiz dünyada bənzəri olmayan səviyyədədir - Türkiyə Prezidenti

25 Sentyabr 2023, 17:38

Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən mətbuata bəyanatında bildirib.

 

“İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən dönüş nöqtəsidir”, - deyən R.T.Ərdoğan vurğulayıb ki, Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyəti ilə Azərbaycanla əlaqələrdə xüsusi yerə sahibdir. “Naxçıvan bu gün iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala sahibdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə birlikdə bu potensialı tam mənasında həyata keçirmək imkanına malik olacağıq”, - deyə o əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama