Zakir Həsənov ABŞ rəsmisi ilə hərbi əməkdaşlıqdan DANIŞDI

Zakir Həsənov ABŞ rəsmisi ilə hərbi əməkdaşlıqdan DANIŞDI

26 Sentyabr 2023, 21:15

Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini xanım Saşa Beykerin təşəbbüsü ilə telefon danışığı olub.

 

Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

 

Tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

 

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır