Modern.az

Vardanyanın həbsi digər separatçılara MESAJDIR: Onlar da Bakıya gətiriləcək!

Vardanyanın həbsi digər separatçılara MESAJDIR: Onlar da Bakıya gətiriləcək!

27 Sentyabr 2023, 17:30

Qanunsuz yollarla Azərbaycan Respublikasının ərazisinə gələrək qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Vardanyan sentyabrın 27-də “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

 

O, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

 

Vardanyanın həbs edilməsi digər separatçılara müham mesajdır. Onlar - Köçəryan, Sarkisyan, Arutyunyan, Balasanyan və digərləri tezliklə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək Bakıya gətiriləcək. 

 

Modern.az-a danışan Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Ruben Vardanyanın saxlanılması Azərbaycan dövlətinin gücünün göstəricisidir:

 

“Ruben Vardanyanın saxlanılması Azərbaycan hüquq-mühafizə orqanlarının, Sərhəd Xidmətinin, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin yüksək peşəkarlığının, sayıqlığının bir hissəsidir. Bu, eyni zamanda Azərbaycan dövlətinin  gücünün göstəricisidir. Azərbaycan dövləti ilə oynamaq olmaz. Ruben Vardanyana dəfələrlə buradan çıxıb getməsi üçün Azərbaycan dövləti tərəfindən xəbərdarlıq edilmişdi. Amma o, böyük iddialarla yaşayırdı. Gəlib Qarabağın, Ermənistanın “prezidenti” olacaqdı. Onun həm də Anım Günündə saxlanılması ilahi ədalətin təntənəsidir. Gərək, hər zaman haqqın tərəfində olasan”.

Deputat vurğulayıb ki, digər separatçı və cinayətkarlar da saxlanılacaq:

 

“Qarabağda qalan, lap Ermənistana keçən, dünyanın müxtəlif ölkələrinə qaçıb gizlənən separatçıların quldur başçıları bir nəfər kimi, tutulub gətirləcəklər. Azərbaycan xalqının qarşısında mühakimə olunacaqlar. Bu barədə,dəfələrlə, cənab Prezident xəbərdarlıq edib. Ona görə də, Vardanyanın da, digər quldurların da tutulması, mühakimə edilməsi haqqın ədalətin  təntənəsi kimi qiymətləndirilməlidir. Yaxşı olar ki, digərləri öz xoşluqları ilə gəlib təslim olsunlar. Bu prosesin daha rahat getməsinə fayda verər”.

 

Milli Məclisin digər deputatı Aqil Məmmədov isə Ruben Vardanyanın saxlanılmasının labüd olduğunu söyləyib:

 

"Hər zaman separatçı cinayətkarların cəzalandırılması, bu məsələlərə hüquqi qiymət verilməsi ilə əlaqədar dəfələrlə,ölkə rəhbərliyi, aidiyyəti qurumlar münasibət bildirib. Ruben Vardanyanın sonradan Qarabağda peyda olub, separatçı rejimə müxtəlif dəstək göstərib, kimlərinsə fikirlərinin icrası ilə məşğul olub. Erməni əsilli vətəndaşların haqq yolundan uzaqlaşdırılması ilə bağlı göstərdiyi münasibətlər də göz önündədir. Bütün bunların əvvəl-axır saxlanılıb cəzalandırılacağını bilirdik".

Deputat vurğulayıb ki, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə onların qaçmaq imkanları da əllərindən çıxıb:

 

"Sərhəddən keçərkən yoxlanılmaları lazım idi. Belə olan halda, saxlanılmaları labüd idi. Bu cür separatçılıqla məşğul olub, cinayətlərdə əli olan insanların tutulub cəzalandırılması baş tutacaq. Vardanyan tutduğu əməllərə görə hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq. Fəaliyyəti qiymətləndiriləcək və ona uyğun cəzasını çəkməli olacaq. Orada gizlənənlər,müxtəlif yollarla Azərbaycanı tərk etmək istəyənlər də saxlanılıb, cəzalandırılacaq. Ruben Vardanyanın saxlanılmasını Azərbaycanın növbəti qələbəsi kimi qiymətləndirirəm. Məsələlər öz həllini mərhələli şəkildə öz həllini tapacaq. Eyni zamanda kütləvi dağıntılara görə Ermənistan təzminat ödəməli olacaq. Biz bunların hamısının mərhələli şəkildə baş tutmasının şahidi olacağıq".

 

Milli Məclisin deputatı Vüqar İskəndərov gözəl tarixi anların yaşandığını söyləyib:

 

“Düşünürəm ki, gələcək nəsillər bu dövrün müasirlərinə qibtə edəcəklər. Biz son illərdə 200 ildə qazanmadığımız qələbələri qazandıq. Bünövrəsi ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət cənab Prezident İlham Əliyev tərəfindən sözün əsl mənasında müasir və çox dəqiq hesablanmış xarici siyasət sahəsində iqtisadiyyatımızın güclənməsi, ordu quruculuğu sahəsində görülən işlər bütün bunlar hər biri ölkəmizin nüfuzunu durmadan artırır. Bir həftə əvvəl Ali Baş Komandanın əmri ilə local antiterror tədbirlərinin heyrətamiz şəkildə dəqiq və qüsursuz həyata  keçirilməsi, artıq Qarabağda və ətraf yerlərdə Azərbaycan  bayrağının dalğalanması, suverenliyimizin tam bərpası deməkdir. Düşünürük ki, rəsmi Bakı dediyini həmiçşə olduğu kimi həyata keçirməkdədir. Cənab Prezident  bu fikirləri hər zaman söyləyirdi ki, əli azərbaycanlıların qanına batmış özünü “prezident”, “nazir”, “deputat” adlandıran aventüristlər gec-tez Azərbaycan məhkəmələrinin önünə çıxarılacaqlar. Ədalət məhkəmələrində törətdikləri əməllərinə görə cavab verəcəklər”. Vardanyan deyilən şəxs Qarabağa emissar kimi göndərilmişdi. Özündən razı halda  burada özünə cürbəcür postlar, vəzifələr yaratdı. Tez-tez sərsəm bəyanatlar verərək, Azərabaycanla təhdid  dili ilə danışmağa cəhd edirdi. Artıq həmin tarixi gün yetişdi. O, qolubağlı şəkildə Azərbaycan sərhədçiləri tərəfindən saxlanılaraq ölkəmizə təhvil verildi. Vardanyan və bu tip terror başçıları, separatçılar Azərbaycan ədalət məhkəməsində cavab verməli olacaqlarını unutmasınlar. Həqiqət gec-tez öz yerini tapir”.

V.İskəndərov günahsız insanların qanına boyanmış bir qrup terrorçunun yayınma cəhdinin boşa çıxacağını vurğulayıb:

 

“Separatçılardan heç biri bu məsuliyyətdən yayına bilməyəcək. Bu, bir daha Azərbaycanın gücünün göstəricisidir və Ali Baş Komandanın qətiyyətinin təzahürüdür. Artıq dünyanın ən güclü ölkələri sırasında Azərbaycan adlı ölkə də daxil olmaqdadır. Hələ də donmuş münaqişəlrəin, müharibələrin getdiyi zamanda həm siyasi, həm iqtisadi gücünü, həm də xalqın rifahını  artırır. Ölkənin nüfuzu durmadan artacaq. Artıq rsmi İrəvan da baş verənlərdən nəticə çıxarmalıdır.  Azırbaycanla sülh müqaviləsinin imzalanması üçün lazımi addımları atmalıdır".

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi