Modern.az

Qanunvericiliyə uyğun ermənilər bütün xidmətlərdən yararlana biləcəklər - Ulvi Quliyev

Qanunvericiliyə uyğun ermənilər bütün xidmətlərdən yararlana biləcəklər - Ulvi Quliyev

27 Sentyabr 2023, 16:52

Azərbaycan qanunvericiliyinə uyğun şəkildə yaşamaq istəyən erməni sakinlər də bizim vətəndaşımız sayılacaq.

 

Modern.az xəbər verir ki, bunu bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə deyib.

 

"Digər vətəndaşlarımız kimi bütün xidmətlərdən yararlana biləcəklər", - deyə o, əlavə edib.

 

Qeyd edək ki, Qarabağın erməni sakinləri Azərbaycan qanunları altında vətəndaşlıq qəbul edərək yaşaya bilərlər. Qarabağın erməni əsilli sakinləri arasında Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edənlərin olduğu da bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu