Modern.az

Azərbaycan sülh gündəliyinin irəli aparılmasında qərarlıdır - Nazir

Azərbaycan sülh gündəliyinin irəli aparılmasında qərarlıdır - Nazir

Ölkə

27 Sentyabr 2023, 18:20

27 sentyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş anım tədbiri və qanvermə aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, nazir Ceyhun Bayramov, müharibənin və münaqişənin bitməsinə baxmayaraq ölkəmizin 3 il bundan öncə Ermənistana sülh təklif etdiyini, sülh prosesinin irəlilədillməsi istiqamətində səy göstərdiyini, Ermənistanın isə bunun qarşılığında yenə də 30 ilə yaxın işğal dövründəki təcrübəni təkrarladığı, sözdə ərazi bütövlüyümüzü tanıdığını bildirsə də, əməldə bunun əksinə olaraq təxribatları və mina təhdidini davam etdirdiyini bildirib.

 

Bu xüsusda, Ermənistanın növbəti təxribatların qarşısının alınması üçün ölkəmizin lokal anti-terror tədbirləri gördüyü, bu tədbirlər nəticəsində ərazilərimizdə 30 illik işğal dövrünün qalıqları olan qeyri-qanuni erməni silahlı qüvvələrinin varlığıına son qoyulduğu, habelə ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasının hər kəs üçün aydın olduğu diqqətə çatdırılıb.

 

Bundan sonra da ölkəmizin normallaşma və sülh gündəliyinin irəli aparılması istiqamətində qərarlı şəkildə səylərini davam etdirəcəyi, gələcəyə baxışımızın sülh üzərində qurulduğu vurğulanıb.

 

Bugünkü post-münaqişə dövrünün reallıqlarının, torpaqlarımızın azad edilməsinin isə şəhidlərimizə borclu olduğumuz, bu xüsusda onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi